Yoldaşlıq görüşü ləğv edilib

“Araz-Naxçıvan” – “Kayrat” arasında oktyabrın 22-də keçirilməsi nəzərdə tutulan yoldaşlıq oyunu hər 2 baş məşqçinin istəyi ilə ləğv edilib.

Allsport.az saytı xəbər verir ki, buna səbəb dünən matçda bir neçə futzalçının zədələnməsidir.

Ölkə çempionunda Katatau və Andreu Varqas zədələnərək görüşü sona qədər davam etdirə bilməyib. Ölkə çempionu buna qədər Sineseni də eyni səbəbdən itirmişdi.

Həmin kateqoriyadan