Yüksək liqanın püşkü atıldı

Sentyabrın 16-da futzal üzrə yüksək liqanın yeni mövsümünün püşkü atılıb. Allsport.az xəbər verir ki, Bakı idman sarayında təşkil olunmuş tədbirdə əvvəlcə yeni mövsümün reqlamentində edilmiş yeniliklər barədə məlumat verilib. 

8 komandanın iştirakı ilə keçiriləcək yarış 3 dövrədən və pley-off mərhələsindən ibarət olacaq. Belə ki, 21 turun yekununda ilk 4 pilləni tutacaq komandalar pley-off-da oynamaq hüququ qazanacaq. 1-ci pillənin sahibi dördüncü, ikinci yeri tutacaq iştirakçı isə 3-cü yerdə qərarlaşmış klubla üz-üzə gələcək. Komandalar iki qələbə qazanana qədər mübarizə aparacaqlar. Qaliblər finalda, məğlublar isə bürünc medal uğrunda oyunda qarşılaşacaqlar.

Yeni mövsümdə 19 yaşadək futzalçılarla bağlı tətbiq ediləcək limit ləğv edilib. Legioner limiti isə 7-yə bərabərdir. Belə ki, bir klub iştirak ərizəsinə, eləcə də oyunun protokoluna maksimum 7 əcnəbinin adını daxil edə biləcək. Oyunlar isə həftənin cümə günləri keçiriləcək.

Sonra yeni mövsümün püşkü atılıb. Püşkə əsasən, birinci turda “Alyans” (Lənkəran) – “Baku Fire”, “Record club.az” – “Araz-Naxçıvan”, “Neftçi” – EKOL və U-19 – “Xilə” oyunları keçiriləcək.

2021-2022-ci il mövsümünə oktyabrın 1-də start veriləcək.

Həmin kateqoriyadan