Yunis Hüseynov: “Qalib gələn tərəf biz olmalı idik”

Ölkə çempionatının 24-cü turunun “Səbail” – “Kəpəz” oyunundan sonra mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Yunis Hüseynov 1:1 hesabı ilə başa çatan görüş harda bunu deyib:

“Bir müddət idi ki, təbii ot ortüyündə məşq edib oyunlara çıxırdıq. “Səbail”ə qarşı isə süni qazonda oynadıq. Ot meydançasından belə örtüyə keçmək futbolçulara bir az təsir etmişdi. Buna baxmayaraq uşaqlar normal çıxış etdilər. Mübarizəli oyun keçdi.

Qalib gələn tərəf biz olmalı idik. Əfsuslar olsun ki, 55-ci dəqiqədən sonra 10 nəfərlə oynamaq məcburiyyətində qaldıq. Bunu ona görə deyirəm ki, Şəhriyar Rəhimov zədələnmişdi və əvəzetmə həddini doldurduğumuzdan kapitan zədəli şəkildə çıxış etdi.

Şəhriyar sağ olsun ki, özünü əsl kapitan kimi göstərib sonadək oynadı, mübarizə apardı. Ona kimi digər əsas oyunçularımız zədələnib meydanı tərk etmişdilər. Ümid edək ki, ciddi bir şey olmayacaq”.

Həmin kateqoriyadan