Yunis Hüseynov: Uğursuzluq zolağından çıxmaq istəyiriksə, xal qazanmaq mütləqdir

“Kəpəz” ölkə çempionatının 18-ci turunda evdə “Səbail” komandasına qarşı hazırlığı başa vurub. Allsport.az saytı xəbər verir ki, mətbuat və azarkeşlər üçün açıq olan məşqdən sonra baş məşqçi Yunis Hüseynov bunu deyib:

“Üç oyundur ki, uduzuruq. Ona görə gəncəli futbol azarkeşlərini sevindirmək istəyirik. Komandamız uduzduğu matçlarda meydanda pis təsir bağışlamayıb, sadəcə, qol vura bilməmişik. Düşünürəm ki, sabah xal götürə biləcəyik. Futbolçulara inanıram.

Uğursuzluq zolağından çıxmaq istəyiriksə, xal qazanmaq mütləqdir. Uşaqların özünə inamını qaytarmaq üçün uğura köklənmişik. Maksimum şəkildə gücümüzü göstərməliyik. Oyuna qaydasında hazırlaşmışıq, əhval-ruhiyyə yaxşıdı. Zədəsinə görə Dieqo Souza komandaya kömək edə bilməyəcək. Digər oyunçular mübarizəyə tam hazırdılar”.

Həmin kateqoriyadan