Yuri Maksimov: Reallıq bundan ibarətdir ki, “Sumqayıt” bizdən güclüdür.

Premyer liqanın 17-ci turunda “Keşlə” – “Sumqayıt” (1:2) oyunundan sonra ənənəvi mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Yuri Maksimov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az-ın məlumatına görə, ukraynalı mütəxəssis əvvəlcə matç barədə fikrini bildirib:

– Təəssüf ki, son dəqiqələrdə qol buraxdıq. Əvəzetmələrdən gənc futbolçuları meydana buraxdıq. Amma onlar hazır deyildilər. “Sumqayıt” bu gün güclü idi. Bəzi futbolçularımız 90 dəqiqə oynamağa hazır deyildilər. Səhvlərimiz oldu. Amma komanda mübarizə apardı.

– Kubokda da “Sumqayıt”la qarşılaşacaqsız. Bu oyuna həmin matçı da nəzərə alaraqmı baxırdız?
– Biz rəqibi analiz edib, öyrənirdik. Çalışırdıq, səhv etməyək. Reallıq bundan ibarətdir ki, “Sumqayıt” bizdən güclüdür.

– Komandanız hansı komponentlərdə rəqibə uduzdu?
– Bəzi futbolçular qızdırmalı idi. Buna görə çətin oldu. Slavik, Məqsəd, Pərdisdə belə problem var idi. Onlar komandaya kömək etmək istəyirdilər. Hardasa alındı. Bəzi gəncləri meydana buraxdıq. Onların ustalıq səviyyəsinin aşağı olması sözünü dedi. Biz gördük ki, hələ belə vacib oyunlara hazır deyillər. Xüsusilə əvəzetmələr problem yaratdı.

– Gördüklərimizə əsasən deyə bilərik ki, Ebrima Sohna bura gələnə qədər sanki futbolla yox, başqa idman növü ilə məşğul olub…
– Oyunçuların bir çoxu 4 aylıq gəlmək istəmədi. Hər halda, Sohna top qəbul edib, ötürmə edə bilir.

Həmin kateqoriyadan