Yuri Syomin: “Azərbaycanda futbola üstünlük vermək lazımdır”

“Qəbələ”nin sabiq baş məşqçisi, hazırda Moskva “Lokomotiv”ini çalışdıran Yuri Syomin “moscow-baku.ru” saytına müsahibə verib. Allsport.az xəbər verir ki, 72 yaşlı mütəxəssis millimizin Avropa çempionatına hazırlığı haqda da danışıb:

“Bakıda gözəl olimpiya stadionu var. O sadəcə möhtəşəmdir. Azərbaycanlılar qonaqpərvər bir xalqdır. Hesab edirəm ki, Azərbaycanda baş tutan bütün idman tədbirləri həmişə yaxşı keçirilib. Buna görə, Azərbaycan futbol üzrə Avropa çempionatının oyunlarının keçiriləcəyi ölkələr siyahısına daxil olub”.

Mütəxəssis Azərbaycan futbolunun inkişafı ilə bağlı bunları deyib: “Mən liqaya daha çox diqqət ayırmağı, klubların yaxşı sponsorlara malik olmalarını məsləhət görərdim ki, onlar da futbolun şaquli istiqamətdə – yeniyetmələr, peşəkar komandalar, millilər – inkişafına kömək etsin. Mən Azərbaycanda işləyəndə futbola çox böyük diqqət ayırırdılar. Bu idman növünə üstünlük vermək lazımdır, onda Azərbaycan yığması qalib gələcək”.

Həmin kateqoriyadan