- Baxış sayı: 38
- 28 Sentyabr 2026 23:37
- Baxış sayı: 116
- Sentyabr 26, 2026
- 0

İtaliya futbolu ağır itki ilə üzləşib.
Allsport.az xəbər verir ki, “Yuventus”un akademiyasının yetirməsi olan gənc yarımmüdafiəçi Yakomo Qyardelli uzun müddətdir mübarizə apardığı xəstəlik səbəbindən 22 yaşında dünyasını dəyişib.
2004-cü ildə anadan olan Qyardelli futbola “Yuventus” və “Alesandriya” klublarının akademiyasında başlayıb.
Daha sonra “D” Seriyasında çıxış edən “Asti” klubuna transfer olunan gənc yarımmüdafiəçi 2024/25 mövsümündə də əsas heyətdə yer alırdı. Lakin xəstəliyinin kəskinləşməsi səbəbindən o, futbol karyerasını yarımçıq qoymaq məcburiyyətində qalmışdı.