Zədəlilər sıraya döndülər

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsində son oyununu aprelin 14-də Yunanıstan yığmasına qarşı keçirəcək millimiz Slovakiya səfərindən sonra bu gün Bakıda ilk məşqinə çıxıb. Allsport.az xəbər verir ki, 90 dəqiqə davam edən hazırlıq prosesində zədə üzündən Slovakiyaya aparılmayan Tyaqo Bolinya və Hadi Əhmədi də iştirak edib.

Zədədən yeni dönən oyunçuların Yunanıstana qarşı meydana çıxıb-çıxmayacağı oyun günü məlum olacaq.

Bakı idman sarayında baş tutacaq Azərbaycan – Yunanıstan matçına saat 19:00-da start veriləcək.

Həmin kateqoriyadan