Zdenek Folprext: “Kollektivə belə tez uyğunlaşacağımı gözləmirdim”

“Neftçi”nin yeni transferi Zdenek Folprext komandasının Antalyada təlim-məşq toplanışına qoşulub. Allsport.az saytı xəbər verir ki, çex yarımmüdafiəçi “ağ-qaralar”ın rəsmi saytı üçün danışıb: “Təbii ki, bura gəlməmişdən öncə “Neftçi” haqqında məlumat toplamışdım. Bilirəm ki, zəngin tarixi olan bir komandanın üzvüyəm. Kollektivə belə tez uyğunlaşacağımı, düzü, heç gözləmirdim. Bu mənim üçün yaxşı mənada sürpriz oldu.

Qarşımızda konkret hədəflər var. “Neftçi” çempionatın daha yüksək pillələrində qərarlaşmalıdır. Hamımız bunu istəyirik. Üstəlik, ölkə kubokunda da mübarizəmizi davam etdiririk. Komandada mənimlə yanaşı bir neçə yeni futbolçu var. Çalışırıq ki, uyğunlaşma dövrünü mümkün qədər tez keçək. Hər şey yaxşı olsa, bu komandada daha uzun müddətə qalıb oynamaq istəyərəm”.

 

Həmin kateqoriyadan