“Zirə” də Antalyaya yola düşüb

“Zirə” premyer liqasının 2-ci hissəsinə hazırlığın ilk mərhələsini başa vurub. Allsport.az saytı xəbər verir ki, artıq “qartallar” Antalyaya yola düşüb. “The Sense Deluxe” mehmanxanasında məskunlaşan komanda qardaş ölkədə məşqlərə elə bu gündən başlayacaq.

Axşam çalışmaları ilə hazırlığın ikinci mərhələsinə start verəcək. “Qartallar” Türkiyədə 2 yoxlama oyununda qüvvəsini sınayacaq. Yanvarın 18-də rəqib Qırğızıstanın “Dordoy” (Bişkek), 22-də isə Bolqarıstan təmsilçisi “Lokomotiv” (Gorna) olacaq. “Zirə”yə qədər qüksək dəstə klublarımızdan “Neftçi”, “Qarabağ”, “İnter” və “Qəbələ” Antalyada hazırlaşırlar.

Komandamız Türkiyədən yanvarın 23-də dönəcək. Bundan sonra iki gün istirahət edəcək “qartallar” ardından premyer liqanın AzAL-la oyununa hazırlığa start verəcək.

Həmin kateqoriyadan