- Baxış sayı: 21
- 24 Sentyabr 2026 19:51
- Baxış sayı: 237
- Sentyabr 23, 2026
- 0

Türkiyənin Bolu şəhərində məşqlərini davam etdirən “Zirə” daha bir futbolçu ilə güclənib. Allsport.az saytı xəbər verir ki, Haiti yığmasının hücumçusu Kervens Belfort bundan sonra komandamızın şərəfini qoruyacaq. Futbolçu ilə “1+1” il şərti ilə müqavilə imzalanıb.
Kervens Belfort karyerasına ölkəsinin “Tempete” klubunda başlayıb. Bundan sonra isə o, Fransa, İsveçrə, Kipr, Türkiyə və Hindistan çempionatında çıxış edib. Hücumçunun son klubu İsveç təmsilçisi “Siriyanska” olub.