“Zirə” hazırlığın 2-ci mərhələsinə start verib

Mayın 24-dən Bakıda təlim-məşq toplanışına start verən “Zirə” hazırlığın ilk mərhələsini iyunun 9-da başa vurub. Allsport.az saytı xəbər verir ki, “qartallar” bu gündən etibarən hazırlığın ikinci mərhələsinə başlayıb. Komanda Türkiyənin Bolu şəhərinə bu gün yola düşdü və elə bu gün də ilk məşq olub.

Hazırlığın bu mərhələsində baş məşqçi Ayxan Abbasov 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. “Zirə” iyunun 13-də Kamerunun “Kolombe Sportive”, 20-də isə Rumıniyanın “Vitorul” klubu ilə üz-üzə gələcək. Daha bir yoxlama görüşü iyunun 17-də və ya 16-da keçirilməlidir.

Həmin kateqoriyadan