“Zirə” qəsəbədə məktəblilərlə görüşüb

“Zirə” klubu yerli məktəblərdən daha birinin qonağı olub. Allsport.az saytı xəbər verir ki, bu gün “qartallar” qəsəbədə yerləşən Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbdə şagirdlərlə görüşüb.

Məktəbə tam heyətlə yollanan “Zirə” şagirdlər tərəfindən elə təhsil ocağının həyətindəcə böyük sevgi ilə qarşılanıb. Görüşün keçirildiyi akt zalına qədər komanda şagirdlərin əhatəsində olub və içəridə “dolu tribunalar”ın alqışı ilə qaşılanıb.

Əvvəlcə komandanın baş məşqçisi Ayxan Abbasov uşaqları salamlayıb. Ardından “sual yağışı” başlanıb. Həm baş məşqçiyə, həm də futbolçulara suallar ünvanlayan şagirdlər onları maraqlandıran suallara cavab alıblar. Sual müəlliflərinə klubun şərfi hədiyyə olunub. Sonda isə məktəbə “Zirə”nin forması və toplar hədiyyə olunub.

Həmin kateqoriyadan