- Baxış sayı: 38
- 22 İyun 2026 20:27
- Baxış sayı: 39
- İyun 22, 2026
- 0

Bu gün premyer liqada 16-cı tura yekun vurulub. Allsport.az saytı xəbər verir ki, turun son günündə 2 oyun keçirilib. İlk matçda “Zirə” və “Kəpəz” klubları qarşılaşıblar. Bu görüşdə ev sahibləri seviniblər – 1:0.
Oyun vərəqlərin çoxluğu və hər 2 komandanın 10 nəfərlə qalması ilə diqqət çəkib. “Qartallar”dan Sezar Meza Kolli, qonaqlardan Renan Silva meydandan qovulub.
Turun son matçı Sumqayıtda baş tutub. 4-cü pilləni qorumaq üçün “İnter”ə qalib gəlməli olan “Sumqayıt” uzatma dəqiqələrində məğlubiyyətdən qaçıb – 2:2.