“Zirə” yay hazırlığını Boluda keçəcək

Növbəti mövsümə hazırlaşan “Zirə”nin yay fasiləsindəki planları bəlli olub. Allsport.az saytı xəbər verir ki, komanda iyunun 22-də Bakıda bir araya gələcək. “Qartallar” hazırlığın ilk mərhələsini paytaxtda keçirəcək. İyulun 15-nə kimi davam edəcək toplanışda iki yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

Qəsəbə təmsilçisi ayın 7-də əvəzedicilərimiz, 14-də isə “Sabah”la qarşılaşacaq. Ayın 16-da istirahətə buraxılacaq “Zirə” 1 gün sonra Türkiyəyənin Bolu şəhərinə yola düşəcək. Komandamız burada “Qoru” mehmanxanasında məskunlaşacaq.

İyulun 29-na kimi qonşu ölkədə məskunlaşacaq “qartallar” 4 yoxlama matçı keçirəcək. Qarşılaşmaların iyulun 18, 21, 24, 28-də keçirilməsi nəzərdə tutulub. Rəqiblərin kimliyi barədə qarşıdakı günlərdə məlumat veriləcək.

Həmin kateqoriyadan