“Zirə”də 4 qol, 3 yubiley

Premyer liqanın 18-ci turunun “Zirə” – “Qəbələ” oyunu meydan sahibləri üçün 3 müxtəlif yubileylə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, 2:2 hesabı ilə başa çatan qarşılaşmada vurulan qollardan ikisi meydan sahiblər üçün tarixi önəm kəsb edib.

Riçard Qadzenin 90+4-cü dəqiqədə vurduğu matçdakı sonuncu qol “Zirə”nin doğma meydanda rəqib qapısından keçirdiyi 40-cı top olub. Bakılılar bu qolları 28 görüşdə vurub.

“Qəbələ”nin futbolçusu Daniel Subotiçin hesabı açması isə meydan sahibləri üçün ikiqat uğursuzluqla əlamətdar olub. Bu, “Zirə”nin 54 çempionat matçında buraxdığı 50-ci, 28 ev oyununda qapısında gördüyü 25-ci top olub.

Həmin kateqoriyadan