- Baxış sayı: 38
- 22 İyun 2026 23:07
- Baxış sayı: 41
- İyun 22, 2026
- 0
Qabriel Mateylə yollarını ayıran “Zirə” heyətini 4 futbolçu ilə gücləndirib. Allsport.az saytı xəbər verir ki, klub “Qəbələ”dən Tellur Mütəllimov, “Qarabağ”dan İbrahim Aslanlı, “Keşlə”dən Mirsahib Abbasov və Elşən Abdullayevlə anlaşıb.
İlk 2 adı çəkilən futbolçularla 2,5 il, Mirsahib Abbasovla ilk 6 ayı icarə əsasında olmaqla 1 il yarımlıq müqavilə bağlanılıb.
Elşən Abdullayev isə mövsüm sonuna qədər “Zirə”nin formasını geyinəcək.