- Baxış sayı: 49
- 08 Noyabr 2026 23:01
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Zirə”də heyətlə bağlı çalışmalar davam edir. Allsport.az saytı xəbər verir ki, ötən mövsüm komandanın heyətində çıxış edən legionerlərdən 3-nün ən azı daha bir il “qartallar”ın sıralarında qalacağı müəyyənləşib.
Keçən il “1+1” şərti ilə anlaşan Milan Düriç və Yovan Krnetanın komandada qalmasına qərar verilib. Həmçinin müqaviləsinin müddəti başa çatan Viktor İqbekoyi ilə yeni anlaşma imzalanıb. Adları son 2 çəkilən futbolçular “qartallar”ın heyətində ardıcıl 3-cü mövsümünü keçirəcək.
Təcrübəlilərlə yanaşı, gənclərlə bağlı da işlər davam edir. Belə ki, əvəzedici komandadan cəlb edilən Elgün Nəbiyev, İlkin Muradov və Abdulla Seyidəhmədovla üçillik yeni müqavilə imzalanıb.