- Baxış sayı: 281
- 08 Noyabr 2026 22:22
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

AFFA-nın uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Allsport.az xəbər verir ki, AFFA rəsmisi qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin matçına təyinat alıb. O, “C” liqasının 3-cü qrupunda mayın 31-də, saat 19:00-da keçiriləcək Yunanıstan – Monteneqro oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma Yunanıstanın Heraklion şəhərindəki “Teodoros Vardinogiannis” stadionunda baş tutacaq.