Əhmədovun qələbə şərhi

Özbəkistanın futzal millisinin baş məşqçisi Bahadır Əhmədov Azərbaycanla yoxlama matçından sonra açıqlama verib. Allsport.az xəbər verir ki, mütəxəssis 3:2 hesablı qələbəni şərh edib:

“Bakıya gəlmək mənim üçün xoşdur. Federasiya rəhbərliyinə bizə yaratdığı şəraitə görə təşəkkür edirəm. Hər iki komandanın fərqlənmək üçün kifayət qədər imkanı oldu, amma biz bu şanslardan daha yaxşı istifadə etdik. Qələbə qazanmağımızda əsas faktor  müdafiədə düzgün oynamağımızla bağlıdır.

Bu da futzalda vacib amildir. Təbii ki, bu cür yoldaşlıq oyunlarında hesab ön planda gəlmir. Əsas məqsəd heyətə cəlb edilən yeni futzalçıları yoxlamaqdır. Rəqibimiz də yaxşı təsir bağışladı. Hesab edirəm ki, həm bizim, həm də Azərbaycan millisinin Litvada təşkil olunacaq dünya çempionatının final mərhələsində vəsiqə qazanmaq şansı var”.

Həmin kateqoriyadan