Əsas məqsədimiz mərhələ adlamaqdır

Futzal millimiz yanvarın 10-dan məşqlərə başlayıb. Allsport.az saytı xəbər verir ki, artıq ölkə xaricində çıxış edən oyunçularımız da komandaya qoşulublar. Əsas hazirlıq Sloveniyanın paytaxtı Lüblyanada təşkil olunacaq Avropa çempionatının final mərhələsinədir. Yığmanın baş məşqçi Joze Alesio Da Silva Bakı İdman Sarayında keçirilən mətbuat konfransında bildirib ki, ayın 23-24-də İran millisi ilə Bakıda 2 yoldaşlıq oyunu keçiriləcəklər:

“Final mərhələsinə yollanacaq heyət bu qarşılaşmalardan sonra müəyyənləşəcək. Əsas məqsədimiz mərhələ adlamaqdır. Buna görə də Fransa ilə keçirəcəyimiz oyunun nəticəsindən çox şey asılıdır. Hətta bu qarşılaşmanı final oyunu kimi də xarakterizə edərdim. Digər rəqibimiz İspaniyanın gücü və qazandığı nəticələr hamıya məlumdur. Sadəcə, ilk oyunda Fransa ilə qarşılaşacağımıza görə bütün diqqətimi bu görüşə yönəltmişik”.

Həmin kateqoriyadan