“Əvvəlki matçlarda da bu cür vəziyyətlə qarşılaşmışdıq”

U-19 futzal üzrə Azərbaycan millisi bu gün Minsk-2023 ikinci MDB oyunlarında son matçını keçirib. Allsport.az saytı xəbər verir ki, komandamız Rusiya ilə qarşılaşıb və 1:7 uduzub. Oyunla baş məşqçi İlqar Aslanov bunu deyib:

“Oyuna yaxşı balşadıq, hesabı açan tərəf olduq. Ancaq üstünlüyümüzü qoruya bilmədik, təcrübəsizlik tədricən özünü büruzə verdi. Nəzərə alaq ki, bu komandaya U-17-nin bir neçə oyunçusunu da dəvət etmişik.

Onlar ilk dəfə idi belə turnirdə iştirak edir, bu cür rəqiblərə qarşı oynayırdılar. Əvvəlki matçlarda da bu cür vəziyyətlə qarşılaşmışdıq. Etiraf edim ki, rəqiblərimiz də çox güclüdürlər. Amma təcrübəsizlikdən yaranan səhvlərimiz də az olmadı”.

Həmin kateqoriyadan