1/16 finalın püşkü atılacaq

Yanvarın 23-də futzal üzrə Azərbaycan kubokunun 1/16 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Allsport.az xəbər verir ki, Bakı idman sarayının konfrans otağında baş tutacaq tədbir saat 11:30-da başlayacaq. Bu mərhələdə 32 komanda iştirak edəcək. Onlardan 10-u yüksək liqanın təmsilçisidir. Qalan iştirakçılardan 7-si birinci, 13-ü isə ikinci liqa iştirakçılarıdır. Daha 2 komanda Naxçıvan futzal liqasında çıxış edən kollektivlərdir.

İştirak edəcək komandalar: Araz, Marafon, EKOL, Neftçi, Baku Fire, Premier (Quba), Bakı TFK, Record club, Xızı Futzal, Yasamal İSK, Standard, Forza Neftçi, Star karqo, Red Line, Baku Fans, Yasamal  İSK-2, Zəngilan, NTD, Advokat, Baker Tilly, Altay, Dalğa, Atletiko Baku, Bibi-Heybət, Hövsan, Borçalı, Star karqo-2, Gənclik İK, Baker Hughes, Yurd MFK, Nəqşicahan, Badamlı.

Həmin kateqoriyadan