100 minlik braziliyalını Premyer Liqamıza buraxmadılar

Bolqarıstanın MOİK klubunun futbolçusu Edenilson Berqonsi karyerasını Azərbaycanda davam etdirə bilərmiş. Allsport.az xəbər verir ki, bu futbolçu ilə “İnter”in maraqlandığı bildirilir.

Bolqarıstan mətbuatının yaydığı məlumata görə, 28 yaşlı yarımmüdafiəçiyə görə Azərbaycan klubu 100 000 dollar təklif edib. Amma bu MOİK-i razı salmayıb.

Qeyd edək ki, Edenilson Berqonsi 2014-cü ildən MOİK-in şərəfini qoruyur.

Həmin kateqoriyadan