- Baxış sayı: 44
- 19 İyul 2026 10:16
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, futbolçularımız Belarusun U-17 komandası ilə qarşılaşıb.
Qarşılaşma millimiz üçün uğursuz alınıb. Futbolçularımız meydandan 1:2 hesablı məğlubiyyətlə ayrılıblar. Komandamızın təsəlli qolunu Pilağa Mehdiyev vurub.
Qeyd edək ki, Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar yığmamız meydana qara sarğı ilə çıxıb.
Yoxlama oyunu
24 fevral
Azərbaycan (U-16) – Belarus (U-17) – 1:2