2014-cü ili 135-ci pillədə başa vurduq

FIFA yığma komandaların 2014-cü il üçün son reytinq cədvəlini açıqlayıb. Allsport.az xəbər verir ki, Azərbaycan yığması bir ay öncəki mövqeyində qalıb.

Millimiz ili 135-ci pillədə başa vurub. Komandamızın aktivində 215 reytinq xalı var.

Azərbaycanın AÇ-2016-nın seçmə mərhələsindəki rəqiblərindən yalnız Malta mövqeyini dəyişib. “Cırtdan ölkə” yığması bir pillə irəliləyərək 147-ci yerə yüksəlib (166 xal). İtaliya (11-ci pillə, 1103 xal), Xorvatiya (19-cu pillə, 946 xal), Bolqarıstan (66-cı pillə, 506 xal) və Norveç (67-ci pillə, 500 xal) mövqeyini qoruyub.

Türkiyə yığması 604 xalla 49-cu pillədə qərarlaşıb.

İlk 10 pillədə qərarlaşan komandalar isə bunlardır: Almaniya – 1725 xal, Argentina – 1538, Kolumbiya – 1450, Belçika – 1417, Hollandiya – 1374, Braziliya – 1316, Portuqaliya – 1160, Fransa – 1160, İspaniya – 1142, Uruqvay – 1135.

Qeyd edək ki, növbəti reytinq cədvəli 2015-ci ildə, yanvarın 8-də açıqlanacaq.

Həmin kateqoriyadan