AFFA Serbiya ilə millimizin yoxlama oyunu keçirməsi üçün danışıqlar aparır

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində iyunun 12-də Azərbaycan milli komandası rəqib meydanında Norveç yığması ilə qarşılaşacaq. Allsport.az xəbər verir ki, bu oyuna hazırlıq məqsədilə iyunun əvvəllərində yoldaşlıq oyunu keçirmək üçün AFFA Serbiya Futbol Federasiyası ilə danışıq aparır.

Danışıqlar müsbət nəticələnəcəyi təqdirdə Azərbaycan – Serbiya yoldaşlıq oyunu millimizin təlim-məşq toplanışında olacağı Avstriyada keçiriləcək.

Həmin kateqoriyadan