“Afinadakı oyunla müqayisədə, Bakıda qapımızdan 2 qol buraxdıq”

Azərbaycan millisi DÇ-2024-ün əsas mərhələsidə evdə Yunanıstan futzalçılarına 5:2 qalib gələrək elit raunda vəsiqə qazanıb. Allsport.az saytı xəbər verir ki, oyundan sonra baş məşqçi Joze Alesio da Silva bunu deyib:

“Əvvəlcədən də demişdim ki, hazırlıq üçün vaxtımız az oldu. Bu da FİFA-nın təyin etdiyi vaxtla əlaqədardır. Bügünkü oyun həm də Polşa ilə matça hazırlıq xarakteri daşıyırdı. Afinadakı oyunla müqayisədə, Bakıda qapımızdan 2 qol buraxdıq.

Bu da etdiyimiz səhvlərdən qaynaqlanırdı. Elit raunda vəsiqəni təmin etsək də, bu, Polşa ilə oyunun əhəmiyyətini azaltmır. Biz növbəti mərhələyə qrup lideri kimi vəsiqə qazanmaq istəyirik. Eyni zamanda, reytinq xallarımızı artırmalıyıq”.

Həmin kateqoriyadan