Ağatahir Əzimov: Rəqib əks-hücumlarda bizi bağışlamadı

Avropa çempionatının əsas mərhələsində çıxış edən U-19 fuzal millimiz niderlandlı həmkarlarına 1:6 uduzub. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra baş məşqçi Ağatahir Əzimov bunu deyib:

“Hollandiyaya qarşı uşaqlar pis oynamadılar. Bərabər səviyyəli oyun idi. Yenə eyni şeylər təkrarlandı – biz epizodlarımızdan istifadə edə bilmədik, rəqib isə əksinə, hər şansını qola çevirdi. Oyunda hesab 0:0 olan vaxt təkbətək çıxmışdıq. Qol vurmalı olduğumuz epizodda qapıçını məyus edə bilmədik, əvəzində rəqib əks-hücuma çıxdı və bizi bağışlamadı. Belə qollar buraxdıq.

Azərbaycan çempionatındakı oyunlarımızdakı çatışmazlığı burda da yaşadıq. Razıyam, Avropa çempionatının oyununda 1-ci liqadakı qədər epizod yarada bilmədik, ancaq hesabı lehimizə çevirmək üçün şansımız az olmadı. Son məqamda sanki uşaqların ayaqları əsir, qorxurlar. Halbuki həmin anda ötürmə etmək lazımdı. Öz səhvlərimizdən uduzduq.

Nə Kiprlə, nə də Hollandiya ilə qarşılaşmada hesab belə olmalı idi. Oyun gedir, mübarizə aparırıq, ancaq əsas məqamda işimizin öhdəsindən gələ bilmirik. Qol vura bilmiriksə, qələbə qazanmağımız da mümkün deyil. Oyunun videoyazısına baxsanız, dediklərimin şahidi olacaqsınız. Bu da təcrübəsizlikdən irəli gəlir”.

Həmin kateqoriyadan