- Baxış sayı: 27
- 22 Oktyabr 2026 22:23
- Baxış sayı: 457
- Oktyabr 21, 2026
- 0

“Bavariya”nın hücumçusu Harri Keyn oktyabrın 26-da Londonda keçiriləcək “Qızıl top” mükafatının təqdimetmə mərasimi barədə danışıb.
Allsport.az xəbər verir ki, ingiltərəli futbolçu mərasimin nəticəsini əvvəlcədən öyrənmək istədiyini, lakin hazırda diqqətini qarşıdakı oyuna yönəltdiyini bildirib:
“Nəticəni axşamın sonunu gözləmədən dərhal bilmək istərdim. Amma bu, onların qərarıdır və mən buna təsir edə bilmərəm. Bizə sadəcə mərasimdən zövq almaq və mümkün qədər az həyəcanlanmağa çalışmaq qalır.
Ümumiyyətlə, “Qızıl top” barəsində düşünməməyə çalışıram. Əlbəttə, bunu etmək asan deyil. Daim müxtəlif şayiələr dolaşır, amma onlardan uzaq durmağa çalışıram. Bazar günü oyunumuz var və diqqətimi məhz buna yönəltmişəm.
Təbii ki, bazar ertəsi axşamından maksimum zövq almağa çalışacağam. Bu, vacib hadisədir”.