- Baxış sayı: 98
- 15 Sentyabr 2026 13:56
- Baxış sayı: 84
- Sentyabr 25, 2026
- 0

“Araz” futzal komandası bu gün çempionlar liqasının əsas mərhələsində ikinci oyununa çıxacaq.
Allsport.az xəbər verir ki, rəqib Portuqaliyanın “Benfika” komandasıdır.
İlk turda “Araz” Belçikanın “Halle Qooik” komandasına 1:5 hesabı ilə uduzub. “Benfika” isə Ukrayna “Xerson”u ilə heç-heçə edib – 1:1.
Qarşılaşma “De Bres Arena”da saat 19:30-da start götürəcək..