“Araz”dan İndoneziya klubuna

Futzal üzrə yüksək liqa təmsilçisi “Araz”ın heyətində dəyişiklik baş verib. Allsport.az xəbər verir ki, Naxçıvan klubu yayda transfer etdiyi iranlı Vahid Şafeyi ilə yollarını ayırıb. 

Millimizə də cəlb olunan 27 yaşlı futzalçı İndoneziyadan gələn təklifi müsbət dəyərləndirib, “Araz” rəhbərliyi də ona mane olmayıb. Yığmanın “5 nömrə”si ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.

Həmin kateqoriyadan