- Baxış sayı: 93
- 21 May 2026 20:30
- Baxış sayı: 90
- İyun 25, 2026
- 0

Bu gün futzal üzrə UEFA kubokunun elit raundunun püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, seçilmiçlərin mərhələsində qüvvəsini sınayacaq “Araz”ın rəqibləri bəlli olub. Azərbaycan çempionu “dördlər finalı”na vəsiqə qazanmaq üçün, Rusiyanın “Yuqra”, Almaniyanın “Hamburq Panters” və Xorvatiyanın “Nasional” klublarına qalib gəlməlidir. Bu qrupun oyunları noyabrın 22-dən 27-dək Xorvatiyada keçiriləcək.
A qrupu: “Kayrat” (Qazaxıstan), “Nikars” (Litva), “Real” (İtaliya), “Feniks” (Kosovo).
B qrupu: “Yuqra” (Rusiya), “Hamburq Panters” (Almaniya), “Nasional” (Xorvatiya).
C qrupu: “İnter” (İspaniya), “Ekonomats” (Serbiya), “Xrudim” (Çexiya), “Maribor” (Sloveniya).
D qrupu: “Dinamo” (Rusiya), “Sportinq” (Portuqaliya), “Eto” (Macarıstan), “Targu Mureş” (Rumıniya).