Arif Əsədov: “Birinci hissədə daha yaxşı oynadıq”

“Neftçi”nin baş məşqçisi Arif Əsədov Türkiyənin “Kayseri Ərciyəsspor” klubuna qarşı keçirdikləri yoxlama matçından sonra oyunla bağlı fikirlərini bildirib. Allsport.az xəbər verir ki, o, qolsuz bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Bu günkü rəqibimiz daha ciddi idi. Bu da bizim üçün əlavə bir stimuldur. Oyuna gəldikdə isə komanda özünü yaxşı tərəfdən göstərdi. Komanda birinci hissədə daha yaxşı oynadı. Müəyyən qədər yorğunluq hiss olunurdu. Amma hazırlığın sonuna kimi komanda heyət baxımından optimal vəziyyətdə olacaq”.

Həmin kateqoriyadan