Arif Əsədov: “Biz öz işimizi görürük”

“Neftçi”nin baş məşqçisi Arif Əsədov Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində “Bakı”ya qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Fasilədən sonra ilk oyunlar gərgin keçir. Matçdan öncə müəyyən problemlər vardı. Erik Ramosun cəzalı, Flavinyonun zədəli olması müəyyən çətinliklər yaratmışdı. Buna baxmayaraq, vaxt keçdikcə öz oyunumuzu sərgiləyə bildik. Struktur dəyişikliyindən sonra rəhbərliklə görüşümüz olmayıb. Sadəcə, bir məsələni vurğulayım ki, biz öz işimizi görürük”.

Həmin kateqoriyadan