Avropa çempionatında rekord iştirakçı

Futzal üzrə AÇ-2022-nin noyabrın 7-də atılacaq püşkünə qatılacaq ölkələrin sayı müəyyənləşib. Allsport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Bakı vaxtı ilə saat 16:30-də başlanacaq püşkatmada bu dəfə rekord sayda iştirakçı yer alacaq. 50 ölkənin milli assosiasiyası yarışa qatılmaqla bağlı müraciət edib.

Bu komandalardan 33-ü ilkin mərhələnin oyunlarında iştirak edəcəklər. DÇ-2020-nin elit-raundunda iştirak edən 16 komanda – Azərbaycan, Belarus, Xorvatiya, Çexiya, Finlandiya, Fransa, İtaliya, Qazaxıstan, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, İspaniya və Ukrayna – qrup, AÇ-2022-yə ev sahibliyi edəcək Niderland isə final mərhələsində mübarizəyə qoşulacaq. 

İlkin mərhələnin səbətləri

Səbət-1: mini-turnirin ev sahibləri
Bosniya and Herseqovina (qrupda 1-ci pillə)
Belçika (qrupda 1-ci pillə)
Gürcüstan (qrupda 1-ci pillə)
Latviya (qrupda 1-ci pillə)
Şimali Makedoniya (qrupda 1-ci pillə)
Moldova (qrupda 1-ci pillə)
Bolqarıstan (qrupda 2-ci pillə)
Litva (qrupda 3-cü pillə)
Malta (qrupda 4-cü pillə)

Səbər-2: Hamısı qrupda 4-cü pillədə yer alacaq
Cəbəllütarıq
San Marino
Şotlandiya
Şimali İrlandiya
Avstriya

Səbət-3: Hamısı qrupda 3-cü pillədə yer alacaq
Ermənistan
Yunanıstan
Almaniya
Kipr
Uels
İstrail
Andorra
Estoniya

Səbət-4: Hamısı qrupda 2-ci pillədə yer alacaq
Turkiyə
Kosovo
Monteneqro
İngiltərə
İsveç
İsveçrə
Norveç
Danimarka

Səbət-5: hamısı qrupda 1-ci pillədə yer alacaq
Macarıstan
Polşa
Albaniya

Niderlanda aparan yol:
İlkin pley-off mərhələsinin püşkatması: 13 fevral 2020, Nyon
İlkin pley-off mərhələsinin oyunları Aprel 2020
Qrup mərhələsinin püşkatması: 14 may 2020, Nyon
Qrup mərhələsinin oyun günləri: fevral, aprel, sentyabr 2021
Pley-off oyunlarının püşkatması: sentyabr 2021, Nyon
Pley-off oyunları: Oktyabr 2021
Final mərhələsinin püşkatması: 2021
Final mərhələsinin oyunları: 19 yanvar – 6 fevral 2022, Niderland

AÇ-2022-nin seçmə oyunları yeni formatda keçiriləcək. İlkin mərhələdə (mini-turnir) 33 komanda 9 qrupa bölünəcək. Qruplardan 6-da 4, 3-də isə 3 iştirakçı olacaq. Gələn il yanvarın 29-dan fevralın 1-dək keçiriləcək matçlarda qaliblər qrup oyunlarına vəsiqə qazanacaq. İkinci pillənin sahibi olacaq 9 qrup ikincisi və ən yaxşı göstəriciyə malik 5 “üçüncü” pley-off oyunlarında iştirak edəcək.

Həmin kateqoriyadan