- Baxış sayı: 98
- 06 Noyabr 2026 11:16
- Baxış sayı: 398
- Noyabr 09, 2026
- 0
Aprelin 29-da Çinin Suzhou şəhərində stolüstü tennis üzrə dünya çempionatı ərəfəsində Avropa Stolüstü Tennis Birliyinin (ASTB) növbədənkənar konqresi keçiriləcək.
Allsport.az xəbər verir ki, konqresin gündəliyinə federasiya prezidentlərinin hesabatı, maliyyə məsələləri üzrə vitse-prezidentin qeydləri, 2015-ci il üçün yenilənmiş İnkişaf Proqramı, qanunvericiliyin təkmilləşdirilməsi, 2016–cı il üçün ASTB–nin tədbirləri, növbəti Avropa çempionatları və digər məsələlər daxil edilib.
Konqresin işində Azərbaycan Stolüstü Tennis Federasiyasının nümayəndələri də iştirak edəcəklər.