- Baxış sayı: 44
- 03 Avqust 2026 23:24
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

Premyer liqanın 18-ci turunda səfərdə “Qarabağ”a 0:1 hesabı ilə uduzan “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, 38 yaşlı mütəxəssis öncə oyunu şərh edib:
“Məğlubiyyətə görə üzülürük. Bilirdik ki, “Qarabağ”a qarşı səhv etmək olmaz. İkinci hissədə oyuna futbolçular gec kökləndi, bu da məğlubiyyətə səbəb oldu. Amma öz oyun dəst-xəttimiz var. Bu da gələcəyə nikbin baxmağa əsas verir. Futbolçularıma əzmkarlığa görə təşəkkür edirəm. Çempionatda mübarizə davam edir”.