- Baxış sayı: 53
- 09 May 2025 12:57
- Baxış sayı: 90
- May 12, 2025
- 0
Qadın voleybolçuların yüksək liqasının qalibi bəlli olub. Allsport.az xəbər verir ki, bu gün milli gimnastika arenasında “Abşeron” və “Azərreyl” klubları arasında ikinci final oyunu baş tutub.
Cütün ilk qarşılaşmasında “Abşeron” 3:0 hesabı ilə qalib gəlmişdi. Cavab matçında isə “Azərreyl” eyni hesabla qələbə qazanıb. Ümumi hesab bərabərləşdiyindən çempionun adına qızıl setdə aydınlıq gəlib. Həlledici hissədə qələbə qazanan “Azərreyl” yüksək liqanın 2024/2025 illər mövsümünün çempionu olub. “Abşeron” ölkə birinciliyində gümüş, “Milli Aviasiya Akademiyası” isə bürünc medal qazanıb.
“Gəncə” çempionatı dördüncü, “Murov Az Terminal” beşinci, UNEC isə altıncı yerdə başa vurublar.
Yüksək liqa
Final
(İkinci oyun)
24 aprel
“Abşeron” – “Azərreyl” 0:3 (26:28, 28:30, 22:25)
Qızıl set 12:15