Hər iki oyunda məğlub edib

Hər iki oyunda məğlub edib

Avropa çempionatına hazırlığını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda iki yoxlama oyunu keçirib.

Allsport.az xəbər verir ki, komanda ölkədə təlim-məşq toplanışında olan Latviya millisi ilə qarşılaşıb.

Hər iki oyunda Azərbaycan millisi qələbə (3:2, 3:0) qazanıb. Gənclər və idman nazirliyinin voleybol mərkəzində baş tutmuş bu qarşılaşmaları AVF rəhbərliyi də izləyib.

Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv “C” qrupunda mübarizə aparacaq. Komanda qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları avqustun 21-28-də milli gimnastika arenasında keçiriləcək.

Həmin kateqoriyadan