- Baxış sayı: 27
- 06 Avqust 2026 14:31
- Baxış sayı: 178
- Avqust 05, 2026
- 0

Beynəlxalq voleybol federasiyası (FİVB) Rusiya millisinin 2027-ci il dünya çempionatında iştirakdan imtina etməsinə görə komandaya cəza verməyəcək.
Allsport.az xəbər verir ki, qurum iyulun əvvəlində Rusiya voleybolçularına tətbiq olunan bütün məhdudiyyətləri aradan qaldıraraq onların bayraq və himn altında beynəlxalq yarışlarda iştirakına icazə verib.
Lakin ümumrusiya voleybol federasiyası təhlükəsizlik səbəbindən Polşada keçiriləcək dünya çempionatına qatılmayacağını açıqlayıb.
FİVB-nin açıqlamasında bildirilib ki, Rusiya tərəfi 2027-ci il dünya çempionatında iştirak etməmək qərarını könüllü şəkildə verib:
“Bəzi milli federasiyalar da bu il Qətərdə keçiriləcək 17 yaşadək voleybolçular arasında dünya çempionatında iştirakdan imtina ediblər. Hər iki vəziyyətin müstəsna xarakter daşıdığını nəzərə alan FİVB heç bir intizam sanksiyası tətbiq etməmək qərarına gəlib”.