- Baxış sayı: 31
- 28 Sentyabr 2026 21:40
- Baxış sayı: 117
- Sentyabr 26, 2026
- 0

Çimərlik voleybolu üzrə qadınlardan və kişilərdən ibarət Azərbaycan yığmaları Türkiyədə keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaqlar.
Allsport.az xəbər verir ki, FİVB reytinq xalları qazandıracaq yarış 11-16 avqust tarixlərində Türkiyənin Təkirdağ və Çatalca bölgələrində təşkil olunacaq.
Turnirdə ölkəmiz baş məşqçi Atvars Vildenin rəhbərliyi ilə bir qadın (Səbinə Əlizadə/Leyla Əliyeva) və bir kişi (Nəriman Bayramlı/Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.