- Baxış sayı: 53
- 09 May 2025 12:57
- Baxış sayı: 89
- May 12, 2025
- 0
Kişi voleybolçuların yüksək liqasının qalibi bəlli olub.
Allsport.az xəbər verir ki, bu gün milli gimnastika arenasında “Murov Az Terminal” və “Azərreyl” klubları arasında ikinci final oyunu baş tutub.
İlk qarşılaşmada 3:0 hesabı ilə qalib gələn “Azərreyl” bu dəfə rəqibini 3:1 hesabı ilə məğlub edib.
Beləliklə, hər iki final matçında qələbə qazanan “Azərreyl” yüksək liqanın 2024/2025 illər mövsümünün çempionu olub. “Murov Az Terminal” ölkə birinciliyində gümüş, “Xilasedici” isə bürünc medal qazanıb.
“Neftçi” çempionatı dördüncü, MOİK beşinci, “Gənclər” isə altıncı yerdə başa vurublar.
Yüksək liqa
Final
(İkinci oyun)
25 aprel
“Murov Az Terminal” – “Azərreyl” 1:3 (20:25, 22:25, 25:17, 25:17)