Azərbaycan çempionatında finalçılar məlum oldu

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən atüstü milli oyunu üzrə 4-cü Azərbaycan çempionatı sona yaxınlaşır. Allsport.az xəbər verir ki, artıq turnirin final görüşündə qarşılaşacaq komandalar məlumdur.

Yarımfinal mərhələsinin görüşlərində isə aşağıdakı nəticələr qeydə alınıb:

“Qarabağ” Ağdam – “Polad” 1-4
“Sərhədçi” – “Ağstafa” 8-0

Beləliklə, oktyabrın 24-də baş tutacaq final görüşündə aşağıdakı klublar üz-üzə gələcək:

16:00. “Polad” – “Sərhədçi”

Həmin kateqoriyadan