Azərbaycan futzalçıları 250 000 dollar qazana bilər

Azərbaycan futzalçıları 250 000 dollar qazana bilər

FİFA Azərbaycan yığmasının da iştirakçısı olacağı Kolumbiyadakı dünya çempionatının mükafat fondunu açıqlayıb. Allsport.az saytı xəbər verir ki, bütövlükdə, mundialın mükafat fondu 1 455 000 ABŞ dolları təşkil edir.

Dünya çempionu olacaq komanda 250 000 dollar qabağa düşəcək. Gümüş mükafatçı 150 000, bürünc mükafatçı isə 100 000 avro qazanacaq.

4-cü yerin sahibi 70 000, 5-8-ci yerlərdə qərarlaşan komandalar 60 000, 9-24-cü yeri tutanlar isə 40 000 dollar əldə edəcəklər. Qeyd edək ki, Azərbaycan millisi mundialda “F” qrupunda İran, İspaniya və Mərakeşlə qarşılaşacaq.

Həmin kateqoriyadan