- Baxış sayı: 89
- 08 Noyabr 2026 23:01
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Bu gün futzal üzrə Avropa çempionatının əsas mərhələsinin qrup oyununda millimiz Albaniya yığmasını 5:0 hesabı ilə üstələyib.
Allsport.az saytı xəbər verir ki, bizdən qollarını Kardosa Everton, Eduardo Mello Borges, Oliviera Villiams De Naskimento, Namiq Məmmədkərimov və Xətai Bağırov vurublar.
Komandamız son görüşünü aprelin 11-də, saat 20.00-da Bakı İdman Sarayında Macarıstana qarşı keçirəcək. Yığmamızın hesabında 6 xal var və qrupda liderdir.