Azərbaycan İngiltərə və Fransa ilə eyni qrupa düşdü

Bu gün İsveçrənin Nyon şəhərində 19 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən AÇ-2015-in elit mərhələsinin püşkü atılıb. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının da bu mərhələdəki rəqibləri müəyyənləşib.

Komandamız İngiltərə, Fransa və Danimarka ilə birgə 7-ci qrupda qərarlaşıb.

Digər qruplar belə formalaşıb:

1-ci qrup: İspaniya, Portuqaliya, Gürcüstan, Türkiyə.

2-ci qrup: Slovakiya, İrlandiya, Almaniya, Çexiya.

3-cü qrup: Rusiya, İsveç, Belçika, Litva.

4-cü qrup: Hollandiya, İsveçrə, Serbiya, Norveç.

5-ci qrup: Monteneqro, Ukrayna, Polşa, Bosniya və Herseqovina.

6-cı qrup: İtaliya, Avstriya, Xorvatiya, Şotlandiya.

7-ci qrup: İngiltərə, Fransa, Danimarka, Azərbaycan.

Elit mərhələdə qrup qalibləri olan komandalar Yunanıstanda təşkil olunacaq AÇ-nin final mərhələsinə vəsiqə qazanacaqlar. Final mərhələsinin oyunları 2015-ci ilin 6-19 iyulunda keçiriləcək.

Həmin kateqoriyadan