Azərbaycan kuboku ləğv edildi, yüksək liqa ilə bağlı qərar veriləcək

Azərbaycan kuboku ləğv edildi, yüksək liqa ilə bağlı qərar veriləcək

Futzal Federasiyasının iclası keçirilib. Allsport.az xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar mart ayında yarımçıq dayandırılan yüksək, 1-ci və 2-ci liqalar, Azərbaycan kuboku ilə bağlı müzakirələr aparılıb və aşağıdakı qərarlar qəbul olunub:

– 1-ci və 2-ci liqalarda, Azərbaycan kuboku yarışında 2019-2020-ci il mövsümü başa çatdırılsın. Liqalarda hazırda turnir cədvəlində birinci pillədə yer alan komandalar – müvafiq olaraq “AjaxBaku” (1-ci liqa) və NTD (2-ci liqa) – qalib elan olunsun.

 – Yüksək liqa ilə bağlı məsələyə koronavirus pandemiyası ilə əlaqədar vəziyyət və nazirlər kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılsın.

Həmin kateqoriyadan