- Baxış sayı: 89
- 25 İyun 2026 16:49
- Baxış sayı: 89
- İyun 25, 2026
- 0

Dünya Kuboku-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan – Norveç oyununun biletləri satışa çıxarılıb. Allsport.az saytı xəbər verir ki, biletlər 2 dərəcəyə bölünüb.
Oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçiriləcək görüşdə qiymətləri birinci kateqoriya üzrə 1, ikinci kateqoriya üzrə 2 manat təşkil edir. VİP-dən oyunu izləmək istəyənlər isə 10 manat ödəməlidirlər.
Biletləri “28 Mall” Ticarət Mərkəzində, “Bakcell” Müştəri Xidmətləri mərkəzində, Bakı Olimpiya Stadionunun və “Bakcell Arena”nın kassalarında əldə etmək olar.