Azərbaycan yenə gerilədi

FİFA yığma komandaların yeni reytinq cədvəlini açıqlayıb. Allsport.az xəbər verir ki, 2015-ci ilin ilk reytinq siyahısında Azərbaycan millisi 1 pillə geriləməklə diqqət mərkəzinə düşüb.

Yığmamızın hesabında hazırda 215 reytinq xalı var.

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsindəki rəqiblərimizdən yalnız Malta Azərbaycandan geridədir. Bu komanda 166 xalla 147-cidir. Digər rəqiblərimiz arasında İtaliya 1103 xalla 11-ci, Xorvatiya 946 xalla 19-cu, Bolqarıstan 506 xalla 66-cı, Norveç 500 xalla 67-ci pillədə qərarlaşıb.

Avropa ölkələri arasında Azərbaycan yalnız Qazaxıstan, Malta, San-Marino və Andorradan öndədir.

Türkiyə yığması 604 xalla 48-cidir.

İlk onluqda qərarlaşan komandalar isə bunlardır: Almaniya – 1725 xal, Argentina – 1538, Kolumbiya – 1450, Belçika – 1417, Hollandiya – 1374, Braziliya – 1316, Portuqaliya – 1160, Fransa – 1160, İspaniya – 1142, Uruqvay – 1136.

Həmin kateqoriyadan